525-ci qəzet

ORALARDA KİMLƏR VAR:VALERİ MARÇENKO-4


 
Vpervıe eta statya izvestnoqo ukrainskoqo diplomata Ö. Koçubeya napeçatana qazeta “Bakinskiy raboçiy”, v 1992 qodu ona bıla perepeçatana v “Literaturnoy Ukraine”. Eyo avtor emko i obcemno oxarakterizoval jiznennıy put i dostijeniya izvestnoqo svoey lyubovyu k Azerbaydjanu ukrainya Valeriya Marçenko.
Vusloviyax “soyuznoqo”, tolko deklariruemoqo, internaionalizma Valeriy Marçenko stal nastoyahim borüom za vozrojdenie kulturnoqo boqatstva i duxovnoqo vzaimooboqaheniə ukrainev i azerbaydjanev. Za çto i postradal vposledstvii, no ne pokorilsa, daje v laqere osobo stroqoqo rejima zanimaes perevodami s azerbaydjanskoqo.
On ne edinstvennıy, koqo sudili za “dvoynoy naionalizm” – “ukrainskiy i azerbaydjanskiy”.
        Vladimir Krilovski
ABŞ-da yaşayan ukraynalı yazar
Azərbaycanda və Ukraynada milli hərəkatın və eyni zamanda Ukraynada şərqşünaslığın təbliği üçün mühakimə olunub sovet zindanlarında məhv olan ukraynalı bender VALERİ MARÇENKOnun ağrılı həyat hekayəti. Ukrayna Yazarlar Birliyinin üzvü,diplomat .Y. Qoçubəyin bilgiləri əsasında.
   Tofiq Abdin
  
“...Perm şəhəri hərbi düşərgəsində yatarkən ( sən demə Ukrayna Sovet dövründə yeganə respublika olub ki, Beynəlxalq Millətlər Təşkilatı üzvi olaraq, dissident və dövlət əleyhində olanlar oradan başqa yerlərə sürgün olunurmuş) mən bir daha yalan və qanunsuzluqla üz-üzə qaldım. Azad bir insan olaraq, yəni özümü azad hiss elədiyim vaxtlarda mən həmişə, hansı şəraitdə yaşamağımdan asılı olmayaraq heç zaman susmadım və həqiqətləri yazdım. Bax, məhz elə buna görə də məni indi mühakimə edirlər. Mən yalan, qondarma və quramalar əleyhinə olmuşam. Mən hər kəsin öz fikrini sərbəst deməsini istəyirəm. İnsanın qürurunu müdafiə edirəm, əxlaqi prinsiplərinin müdafiəsi üçün çalışıram. Bunlar üçün mən xristianlığın bütün şərtlərinə əməl edirəm. Allaha sığınıram. Bir vətəndaş və bir ziyalı kimi bu ölkənin vətəndaşı olduğum üçün utanıram, bu ölkədə qadınlar belə öz düşüncələrinə görə 25 il azadlığdan məhrum olunurlar. Bu dövlətin tarixində bu qədər utancverici vəziyyət heç vaxt olmayıb”.
Bu sözlərin davamına dözməyən prokuror Valerinin çıxışını kəsir və soruşur:
– Nə istərdiniz?Məhkəmədən xahişiniz nədir?
Valeri Marçenko heç nə xahiş etmədi və heç nə istəmədi. Yenə düşərgələrdə olan qanunsuzluqlar haqqında danışmağa davam etdi. Sadalamağa başladı ki, hər gün bir neçə dəfə onların otağını yoxlayır, onlara məxsus yazılar və ədəbiyyatları yığıb aparırlar. Hətta tərcümə etdiyi bəzi şeyləri də alıb götürürlər. Sovet tibbini tənqid etdiyim üçün məni günahlandırırlar. Premin 35-ci zonasında VTGK-də İvan Svitliçni adında bir məhkumu gözlə belə çətin seçilən dəmir qırıntılarını yığmağa məcbur edir və bunu eləyənlər yaxşı bilir ki, həmin adamın barmaqları yoxdur. Tibbi komissiya bu adamı bu iş üçün yararlı hesab eləyir, ancaq onun əlindəki tibbi arayışda yazılır ki, bu adamın iki əlində 5 sağlam barmağı var və nə eləsələr yaxşıdı : onun sağ əlinin şəklini çəkib Perm şəhər prokurorluğuna göndərirlər. Bumu sovet tibbinin ədaləti, bumu? Mən bu lagerdə ölsəm, buna siz günahkarsınız, vətəndaş hakim. Təklif edirəm, bax mənim başım üstündə asılan Ukrayna respublikasının gerbinin üzərində Sovet tibbi tərəfindən sağlam göstərilən beş barmaqlı Svitliçninin əllərinin şəklini asın. Hökm üçün ən doğru və düzgün fakt budur.
Mühakimə saatlarında Valeri Marçenko özünü son dərəcə pis hiss eləyir : başı ağrıyır, böyrəklərinin ağrısı daha da şiddətlənir, o sadəcə qarşısındakı baryerə söykənərək suallara cavab verir və tez-tez gözətçilərdən su istəyir.
Hakimin dəfələrlə verdiyi eyni suala : “Siz hakimdən nə istəyirsiniz”- sualına Marçenko çox əsəbi : BİTİRİN BU MƏRƏKƏNİ VƏ OXUYUN ÜZÜMƏ VERƏCƏYİNİZ 15 İLİ!
Ona 10 il xüsusi rejimli lagerdə yatmaqla, 5 il də sürgün kəsirlər.
Salonda oturan qızlar hönkür-hönkür ağlayır və Valeriyə dəstə-dəstə qərənfillər atırlar. Mühakiməyə götürülməzdən öncə həkim baxımından keçən Valeri Marçenko haqqında uroloq- professor tərəddüd etmədən deyir ki, düşərgədə bu adamı bir saat da saxlamaq olmaz.
 Professor- uroloqun bu xəbərdarlığına baxmayaraq Valerinin yenidən işinə baxılmasına icazə istəyirlər. Ukrayna Ali Məhkəməsi qaranəfəs, heç gecikmədən müraciətin səhərisi razılıq cavabı verir.
Valerinin anası hiss edir ki, burada bir KQB kölgəsi var. Anasının gətirdiyi şeyləri bu dəfə qəbul edirlər və ardınca da türmənin rəisi olan qadın deyir: “Biz sizdən daha heç nə qubul edən deyilik və üstündən də əlavə edir: ümumiyyətlə ( xüsusi aksentlə deyir bu sözləri ) siz bizdən nə xahiş edirsinizsə KQB –nin icazəsi olmadan heç nə eləyə bilmərik”.
Valerinin anasına oğlunun işini aparan bir KQB əməkdaşının telefon nömrəsini verirlər.
Onlar Böyük binanın qarşısındakı ( KQB) bağçada görüşürlər. Cavan bir oğlan təxminən otuz yaşlarında, mərhəmətli bir tərzdə:
– Hə, necəsiniz, Nina Mixaylovna! Düşünürsünüz ki, hamının bizdən zəhləsi gedir, sizin də eləcə. Yoxsa, nəsə bir yaxşı şeylər düşünürsüz? Güman ki, oğlunuza nəsə göndərmək istəyirsiz? Görüşmək istəyirsiz, eləmi ? Siz Qərbə informasiya ötürməkdən əl çəkin.
– Düşündüyünüz adam mən deyiləm. Mən artıq heç bir şey göndərmirəm.
Valerinin anasından heç nə qəbul etmirlər. Amma görüşməyə icazə verirlər. Valerini xərəkdə gətirirlər, anası baxır ki, onun əlləri əsir. Zar-zor oturdurlar. Anası da yanında əyləşir. Bir küncdə də KQB-nin əməkdaşı. Anasının sözlərinə görə deyəsən adam bir az insaflı adam olub, çünki onları görməzdən gəlib. Üzünü onlardan çevirib. Bununla demək istəyib ki, nə danışacaqları onun vecinə deyil. Görüş iki saat yarım çəkib. Görüşdən çıxan ana yalnız Allaha ümidlə oradan ayrılsa da və düşünür ki, oğlu artıq məhv olur.
Ana son ümid olaraq Leninqrad vilayətinin baş həkiminə belə bir məktub yazır:
“Qlavvraçu Leninqradskoy oblastnoy bolğniüi (uçr. US 20/12)
Ubeditelno proşu Vas ejednevno informirovat menə o sostoyanii moeqo sına, Marçenko V. Proşu qarantirovat leçenie na sovremennom urovne, t. e. s ispolzovaniem vseqo arsenala sovremennoy medisinı... ” (kones sentyabrya 1984 q. ) (47).
Valerinin anasının və dissidentlərin bir çoxunun dediklərinə görə QULAQ türmələrində ölən dissidentlərin heç birinin meyidini yaxınlarına və qohumlarına vermirlər. Gizli bir tapşırıq varmış ki, ölən siyasi dustaqların meyidləri yatdıqları yerdən uzaqlarda vəya onların heç zaman olmadıqları yerlərdə basdırılsın. Həmin dustağın meyidi o zaman tanışlara verilirmiş ki, ona kəsilən cəza müddəti tam bitmiş hesab olunurmuş. Valeri ilə isə tam əksinə bir şey olur : onun meyidini anasına verirlər.
 Valeri Maçenkonun ölümündən sonra qərb dövlətləri Sovet hakimiyyətinə qarşı iddialarda olurlar. ABŞ Konqresi xüsusi bir məlumatla çıxış edir və Prezident Ronald Reyqan şəxsən işə qarışır. Qərbin radiostansiyaları susmadan Valeri haqqında məlumatlar yayırlar. PEN-klub adlı bir təşkilatın üzvləri teleqram və məktublarla sovet hakim dairələrini bombalayırlar.
Bütün bunlar öz təsirini göstərir. E. Sverstyuk adlı bir şahidin sözlərinə görə: Onlar hiss etdilər ki, artıq iş işdən keçib və bu hadisə Sovet sərhədlərindən çox-çox uzaqlara çıxıb və bunun qarşısı alınmayacaq. Bu hadisə kütləvi informasiya mərkəzlərinin diqqətindədir. Bunun sonu pis ola bilər. Leninqrad şəhəri KQB təşkilatının əməkdaşları bütün qanunların əksinə Valerinin cənazəsini anasına verilməsinə qərarı verir. KQB əməkdaşları özlərini itirirlər, onlar heç nə eləyə bilmirlər və məcbur olub tabut tapıb cənazəni anasına verirlər.
 Həqiqi anlamda fövqəladə hadisə baş verir – sovet lagerləri tarixində bir ilkə imza atılır: bir dissidentin meyidini basıdırılması üçün doğmalara verilir.
Sonralar Valerinin anası Nina Mixaylovna Smujanitsa deyəcək: “...mən Aleksandr Nevski kilsəsinə getdim, diz üstə çökdüm. Dünya başıma fırlanırdı, sadəcə heç bir gücüm qalmamışdı. İnanmazsınız, bu ibadət məqamında mənə bir yüngüllük gəldi. Mən düşündüm: oğlum, doğurdanmı ölüb? Sonra fikirləşdim: yox, ola bilməz, yəqin ki, onu mənə verəcəklər. Valeridə həbsxanalara dəhşətli bir nifrət vardı. Elə istəyirdi ki, o barmaqlılar arasından çıxsın. Bu onun ruhu ilə birlikdə mənə çatdı. Mən qəflətən onun ruhunu öz ətrafımda hiss etdim. Mən elə gəldi ki, o da Məbədə gəlib. Bunu sözlərlə ifadə etmək mümkün deyil. Mən ruhun böyük bir qüvvə olduğuna inandım, inandım ki, yerüstü heç bir qüvvə ona qalib gələ bilməz. Bizim və Valerinin həyatında Allahın böyük bir əli vardı... ”.
...Cənazəni gətirdilər və təyyarəyə bilet də almışdılar.
...Valerinin ordan qalxması üçün əsrarəngiz bir qüvvə lazımdı.
Özünün xac dünyasındakı yoluyla Valeri Marçenko Allaha qovuşdu. Onda dərin bir inam vardı, ibadətindən qalmır və “yaşasam provaslav keşişi” olacağam deyirdi.
O bizim üçün özünün şəxsi ibadətini yadigar qoyub getdi, özünün xilaskara şəxsi müraciətini qoyub getdi.
Onun bu düşüncələri arasında aşağıdakılar da yer alırdı:
(Davam edəcək)
 “...ÖZ İŞIĞINI VƏ HƏQİQƏTİNİ GÖNDƏR Kİ, QOY DÜNYANI İŞIQLANDIRSIN. MƏNİ QIRILMAZ SEVGİ TELLƏRİYLƏ ÖZÜNƏ BAĞLA.”
  
Tofiq ABDİN,
[email protected]
tofigabdin.com
 
 





Mənbə: Tofiq ABDİN04.02.2012     Çap et  Çap et