525-ci qəzet

“Bir damcı ürək” təqdim olunub



Bugünlərdə “Əli və Nino” kitab dükanında gənc yazar Əfsanə Laçının “Bir damcı ürək” adlı ilk kitabının təqdimatı keçirilib. Tədbiri Yazıçılar Birliyi Ədəbiyyatı Təbliğ bürosunun rəhbəri şair Nazim Əhmədli idarə edib. Şairlər Qəşəm Nəcəfzadə, Dayandur Sevgin, Nuranə Nur və başqa yazarlar da tədbirə qatılıblar.
Müəllif haqqında fikirlərini bölüşən qonaqlar ona yeni uğurlar arzulayıblar. Təşkilatçılara minnətdarlıq edən Əfsanə Laçın şeirlərindən nümunələr səsləndirib. Sonda müəllif kitabının nüsxələrini oxucular üçün imzalayıb.






14.12.2011     Çap et  Çap et