525-ci qəzet

Dövlət Sərhəd Xidmətindən İranla bağlı açıqlama



“Son günlərdə bir sıra elektron informasiya vasitələrində İran İslam Respublikasına məxsus hərbi gəmilərin Azərbaycan Respublikasının dəniz sərhədlərində düzülməsi və hərbi manevrlər etməsi barədə məlumatlar yayılıb. Bu məlumatların heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır”. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin yaydığı məlumatda bildirilir. Məlumatda qeyd olunub ki, Azərbaycanla İran İslam Respublikasının dəniz sərhədlərində sərhəd mühafizəsi həmişəki qaydada həyata keçirilir, xidmət və əməliyyat şəraitində heç bir dəyişiklik yoxdur.




26.05.2012     Çap et  Çap et