525-ci qəzet

ABŞ konqresmeni Şeyla Cekson Li: “SOCAR-ın beynəlxalq enerji təminatında rolunu yüksək dəyərləndiririk”



Keçən ayın sonunda ABŞ-ın Vaşinqton şəhərində “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış” adlı beynəlxalq konfrans təşkil olundu. Adıçəkilən beynəlxalq konfrans Azərbaycanla yanaşı ABŞ-da da böyük rezonans doğurdu. Konfransda ABŞ senatorları, konqresmenləri, keçmiş dövlət xadimləri ölkəmizlə bağlı diqqətçəkici məqamlara toxunaraq, iki ölkə arasındakı münasibətlər barədə diqqətçəkici fikirlər səsləndirdilər. ABŞ Konqresinin üzvü Şeyla Cekson Li enerji təhlükəsizliyi baxımından Azərbaycanla ABŞ arasında əlaqələrin günbəgün möhkəmləndiyini deyib. O, iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsi məqsədi ilə əlindən gələni əsirgəməyəcəyini bildirib: “Enerji təhlükəsizliyi ABŞ-ın bölgənizdə beynəlxalq təmaslarını irəli aparan əsas amildir. Fikrimcə, Birləşmiş Ştatlar Xəzər hövzəsini karbohidrogen ehtiyatlarını dünya bazarlarına nəql edcək etibarlı və sabit marşurutların üzərində çalışmalıdır. Azərbaycanın Avropa bazarlarına inteqrasiyası və Avropa İttifaqının enerji təhlükəsizliyinin Xəzər hövzəsi resursları hesabına təmin edilməsinə hər iki ölkənin birgə əməkdaşlığı vasitəsi ilə nail olunmalıdır. Mən aramızdakı tərəfdaşlığın inkişaf etidrilməsi, xüsusi ilə də təmsil etdiyim Texas ştatında Hyustonla Bakı arasında ticarət və enerji münasibətlərinin artması üçün əlimdən gələni edicəyəm. Sirr deyil ki, bu gün enerji hər bir qəzetin başlığında və hamının ağlında olan bir məsələdir. Mən neft və qaz sahəsi üzrə hüquqşünas kimi enerji sektorunun iş yerləri yaratma qabiliyyətini yaxşı bilirəm. Azərbaycan və ABŞ bununla bağlı təcrübələri bölüşməli, strateji əhəmiyyət daşıyan Xəzər bölgəsində birgə əməkdaşlığın davam etdirilməsini təmin etməlidirlər”. Bu konfransa dəvətə görə təşkilatçılara minnətdarlığını bildirən konqressmen SOCAR-ın beynəlxalq enerji təminatında artan rolunu yüksək dəyərləndirdiyini söyləyib.
AQİL




26.05.2012     Çap et  Çap et