525-ci qəzet

“Tarixin səsi” kitabının təqdimat mərasimi keçirilib



Dünən “Turizmə Dəstək”” Gənclər Koalisiyası erməni yalanlarını dünyaya çatdırmaq, Azərbaycan həqiqətlərini “Evrovision 2012”” musiqi yarışması ərəfəsində ölkəmizə gələn turistlərə və qonaqlara çatdırmaq məqsədilə ingilis dilində “Tarixin səsi”” adlı nəşr etdiyi kitabın təqdimat mərasimini keçirib.
Kitabın müəllifi Ramiz Alıyev bildirib ki, sözügedən nəşr Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, erməni yalanlarını ifşa etmək, eləcə də ermənilərin Azərbaycan ərazilərinə gəlmə olduqlarını dünyaya bəyan etmək məqsədilə çap olunub. Kitabda bütün məlumatların faktlara söykəndiyini qeyd edən R.Alıyev xarici ölkə kütləvi informasiya vasitələrində Xocalı soyqırımı ilə bağlı dərc edilən materialların da “Tarixin səsi””nə daxil edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, kitabda ermənilərin öz millətləri haqqında söylədikləri fikirlər, eləcə də dünyaca tanınmış ziyalı və tarixçilərin erməni millətinin iç üzünü açan fikirlərinə yer verilib: “Kitab ilkin mərhələdə 1000 nüsxə çap edilib, lakin yaxın vaxtlarda daha çox tirajla işıq üzü görəcək. Kitabdan 300 nüsxə Milli Məclisin beynəlxalq əlaqələr şöbəsinə təqdim edilib. Həmçinin deputatlara da bu kitabdan veriləcək ki, xarici ölkələrə səfərləri zamanı keçirdikləri görüşlərdə onu təqdim etsinlər””.
R.Alıyev bildirib ki, “Tarixin səsi” kitabı Azərbaycana gələcək turistlər üçün əyani vəsait sayıla bilər: “Kitabın nəşr olunmasında göstərdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyi, millət vəkili Ərəstun Cavadova təşəkkürümü bildirərəm””.
Kitabın redaktoru Anar Sarıyev deyib ki, Gənclər Koalisiyası olaraq Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağı özlərinə borc bilirlər.
Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin üçüncü katibi Kərəm Ezmen bu cür kitabların nəşr olunmasını Azərbaycanın tanıdılması baxımından əhəmiyyətli olduğunu deyib. Bildirib ki, xüsusilə kitabın ingilis dilində olması çox təqdirəlayiqdir: “Qarabağla bağlı Azərbaycan dilində çoxlu sayda kitablar çap edilir. Ancaq bu kitabların ingilis dilində çap edilməsi olduqca vacibdir””. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının baş katibi Nərgiz Cəfərova da Azərbaycan həqiqətləri ilə bağlı ingilis dilində bu kimi kitabların çap edilməsini alqışlayıb və bunun davamlı olmasını arzulayıb. O bildirib ki, AGAT təmsilçisi kimi xarici ölkələrə səfərləri zamanı bu cür əyani vəsaitlərə çox böyük ehtiyac duyulur.
BƏXTİYAR






24.05.2012     Çap et  Çap et