525-ci qəzet

Şevçenko: “Türk klublarının dəvətini qəbul etmədim”



Kiyev “Dinamo”sunun hücumçusu Andrey Şevçenko Türkiyə klublarından aldığl təklifi qəbul etməyib. Ukraynalı futbolçu karyerasını hazıkı komandasında bitirmək istədiyini deyib. Şevçenkonun sözlərinə görə, onun üçün dünya futbolunda üç klub var: “Dinamo”, “Milan” və “Çelsi”. “Mən türk klublarının təklifindəm imtina etdim. Peşəkar futbolçu karyerama “Dinamo”da başlamışam. Sonra “Milan”da ulduza çevrildim, bundan sonra isə “Çelsi”yə keçdim. Ən sonda Kiyevə qayıtdım. Mən indi məhz “Dinamo”da oynamaq istəyirəm” – deyə Şevçenko bildirib.






24.05.2012     Çap et  Çap et