525-ci qəzet

Kriştiano Ronaldo: “Məsut Özil, o kubok bizimdir”



“Real” (Madrid) klubunun ulduz futbolçusu Kriştiano Ronaldo şərəfini qoruduğu Portuqaliya yığmasının “Avro-2012”dəki şanslarını dəyərləndirib. AS qəzetinə danışan portuqaliyalı ulduz komandasını “Avro-2012” əsas favoritlərindən hesab edib: “Çətin bir qrupa düşdüyümüzü bilirəm. Ancaq bu rəqiblər bütün komandalar üçün çətindir. 1/4 finala yüksəlmək üçün əlimizdən gələni edəcəyik. Portuqaliya millisini turnirin əsas favoritlərindən biri hesab edirəm”.
“Real”ın paltardəyişmə otağında komanda yoldaşları Məsut Özil və Sami Xedira ilə zarafatlaşan Ronaldo Almaniya millisinin üzvlərinə “o kubok bizimdir” – deyə müraciət etdiyini bildirib: “Zaman-zaman Özil və Xedira ilə “Avro-2012” haqda danışırdıq. Almaniya millisini məğlub etmək çox çətindir. Çünki onların çox mükəmməl heyəti var. Lakin futbolda imkansız heç nə yoxdur. Heç bir rəqibdən çəkinmirik. Kimin güclü olduğunu isə hər kəs görəcək”.





24.05.2012     Çap et  Çap et