525-ci qəzet

Ruslan Abışov “Antalyaspor”a keçir



Türkiyə Super Liqasında çıxış edən “Antalyaspor” “Neftçi”nin və Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovu rəsmən heyətinə qatmağa hazırlaşır.
Qol.Az-ın əldə etdiyi məlumata görə, Andorra ilə yoxlama görüşündən sonra Antalya təmsilçisi Abışova rəsmi təklif göndərəcək. Elə bu klubun meneceri də ölkə kubokunun “Neftçi” – “Bakı” finalında məhz Ruslanın oyununu izləmək üçün ölkəmizə gəlmişdi. Həmin menecer daha öncə “Neftçi” – “Qarabağ” qarşılaşmasını da canlı olaraq stadiondan izləmişdi. Ruslanın “Neftçi” ilə müqaviləsi başa çatdığından o, “Antalyaspor”a azad statuslu futbolçu qismində keçəcək.
Qeyd edək ki, Antalya təmsilçisinin əsası 1966-cı ildə qoyulub. Komandanın hazırkı baş məşqçisi Mehmet Özdilekdir. Azərbaycan azarkeşlərinə yaxşı tanış olan Jaba da ötən mövsümü məhz bu komandada keçirib.





24.05.2012     Çap et  Çap et