525-ci qəzet

Adrian Pit: “Xəzər Lənkəran”ın gücünü Avropada görəcəksiniz”



“Çox ağır bir mövsümü geridə qoyduq. Bir-birindən gərgin oyunlar oldu və azarkeşlər əsl futbol həyəcanı yaşadı”. Bu sözləri Qol.Az-a açıqlamasında “Xəzər Lənkəran”ın rumıniyalı futbolçusu Adrian Pit deyib. Pit Avropada da öz sözlərini deyəcəklərinə inandığını bildirib: “Qarşımıza çempion olmaq məqsəqi qoyulmuşdu. Təəssüf ki, bunun öhdəsindən gələ bilmədik. Kubokda da mübarizəni dayandırdıq. Yaxşı ki, Avropa Liqasına vəsiqə qazana bildik. İndi bütün fikrimiz bu turnirə yönəlib. Komandamızın gücünə inanıram. Rəhbərliyimiz və baş məşqçimiz də öz işinin peşəkarlarıdır. Yəqin ki, yay transfer dönəmində komanda daha da gücləndiriləcək. Bir sözlə, “Xəzər Lənkəran”ın gücünü Avropada görəcəksiniz”.
Qeyd edək ki, Adrian Pit “Xəzər Lənkəran”a ötən yay transfer olunub.





24.05.2012     Çap et  Çap et