525-ci qəzet

İlham Əliyev Devid Kemeronla görüşdü


Mayın 21-də Çikaqoda Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri Devid Kemeronun görüşü olub. APA-nın məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf səviyyəsindən məmnunluq bildirildi, bu əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olunub. Ölkələr arasında enerji sahəsində əməkdaşlıqdan gözəl nəticələrin əldə olunduğu qeyd edilən görüşdə BP şirkəti ilə birgə səylər nəticəsində “Cənub” dəhlizinin yaradılması istiqamətində uğurlu addımlar atıldığı və bu prosesin davam etdirildiyi vurğulanıb. Bundan əlavə, Əfqanıstanda vəziyyət, bu ölkədə sülhün və təhlükəsizliyin təmin olunmasında birgə əməkdaşlığa böyük əhəmiyyət verildiyi qeyd edilib. Görüşdə tərəflər arasında bir sıra regional məsələlər barədə fikir mübadiləsi aparılıb.





23.05.2012     Çap et  Çap et