525-ci qəzet

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin layihə meneceri vəzifəsini icra edən Amori Ost BSU-nun qonağıdır



Bakı Slavyan Universitetinin “Səfir saatı” klubu mayın 17-də növbəti qonağını qəbul etdi. Bu dəfəki qonaq Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin layihə meneceri vəzifəsini icra edən Amori Ost oldu. Universitetin tədris işləri üzrə prorektoru professor Asif Hacıyev tədbiri açdı və BSU-nun fakültə və ixtisasları, beynəlxalq əlaqələri, “Səfir saatı” klubununun ənənələri haqda ətraflı məlumat verdi. Görüşdən və dəvətdən məmnunluğunu bildirən Amori Ost isə “Avropa İttifaqı və onun Azərbaycanla əlaqələri” barədə maraqlı mühazirə ilə çıxış etdi. “Avropa İttifaqı haqqında” və “Avropa İttifaqı və Azərbaycan” adlı iki hissədən ibarət mühazirənin birinci hissəsində qonaq Avropa İttifaqının yaranması tarixindən ətraflı danışdı. O, bildirdi ki, İttifaqın yaranmasının əsas məqsədi dünyada sülh və sabitliyi qorumaq, qlobal silahlanmanın qarşısını almaq üçün ölkələrin gücündən birlikdə istifadə etməkdir. Dünya ölkələri üzrə 140 nümayəndəliyinin olduğunu qeyd edən A.Ost Azərbaycan nümayəndəliyinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Azərbaycanda 1996-cı ildən fəaliyyətə başlayan nümayəndəliyin artıq bir neçə mühüm layihələrə imza atdığını söyləyən mühazirəçi bu uğurların yalnız siyasi sahəni deyil, eyni zamanda, iqtisadi, tibbi, mədəni və elmi sahələri də əhatə etdiyini bildirdi. Görüşün sonunda A.Ost tələbələrin çoxlaylı suallarını cavablandırdı. S.QARAYEVA




18.05.2012     Çap et  Çap et