525-ci qəzet

Moskvada 11 nəfərin qətlində şübhəli bilinən 2 azərbaycanlı axtarılır



Rusiya Federasiyası Baş Prokurorluğunun Baş İstintaq İdarəsi iki Azərbaycan vətəndaşının federal axtarışa verib. Onların Moskvada 11 nəfərinn qətlində, 3 nəfərin isə oğurlanmasında şübhəli bilinən mütəşəkkil cinayətkar dəstənin üzvü olduğu bildirilir. Lent.az-ın Rosbalt-a istinadən verdiyi məlumata görə, axtarış 43 yaşlı Kərimov və 40 yaşlı Hüseynov soyadlı azərbaycanlılar barədə elan edilib.

Rusiyanın digər KİV-lərinin yazdığına görə, baş verən qətl hadisələri ilə bağlı artıq 33 yaşlı Paşayev soyadlı azərbaycanlı və daha səkkiz nəfər saxlanılıb. Onlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 və 210-cu (adam öldürmə və mütəşəkkil cinayətkar dəstə yaratma) maddələri ilə ittiham olunurlar.

İstintaqın ilkin versiyasına görə, axtarışa verilənlər və saxlanılanlar 2007 və 2009-cu illərdə Moskva şəhərində, habelə Novqorod vilayətində vətəndaşların mənzillərini ələ keçirmək məqsədi ilə qətllər törədiblər. Bundan başqa mütəşəkkil dəstə üç nəfəri də oğurlayıb. Oğurlananlar barəsində heç bir xəbər yoxdur.




17.05.2012     Çap et  Çap et