525-ci qəzet

Ərdoğanın partiyasının funksioneri öldürüldü


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) təşkilat sədrinin müavini güllələnərək öldürülüb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, mayın 16-da AKP-nin Şırnak rayon təşkilatının sədr müavini Ali Kılınç evinin önündə silahlı hücuma məruz qalıb.

Ağır yaralı olan Ali Kılınç xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Olayla bağlı araşdırma aparılır.





17.05.2012     Çap et  Çap et