525-ci qəzet

Qabiliyyət imtahanına qatılmaq istəyən abituriyentlərin nəzərinə



Ali və orta ixtisas təhsili müəssisələrinə qəbulu aparılan ixtisaslar sırasına abituriyentlərdən xüsusi yaradıcılıq keyfiyyətləri, fiziki və idman hazırlığı tələb edən ixtisaslar da daxildir.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər əvvəlcə ərizələri ümumi qaydaya əsasən təsdiq etdirməli, sonra TQDK tərəfindən yaradılan müvafiq Qabiliyyət İmtahan Komissiyasında (QİK) seçmə turda iştirak etməlidirlər.
Bunun üçün abituriyentlər sabahdan mayın 18-dək QİK-ə tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməlidir. QİK-də abituriyentin təhsil almaq istədiyi ixtisasa yararlığı yoxlanacaq və yoxlamadan uğurla keçənlər qeydiyyata alınacaq.





30.04.2012     Çap et  Çap et