525-ci qəzet

Şagirdlərə attestatı hansı qurum verəcək?



TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin Lent.az-a verdiyi məlumata görə, attestatların hansı qurum tərəfindən verilməsi məsələsi hələ dəqiqləşməyib: “Yəqin həmin sənəd şagirdlərə TQDK-nın nəticələrinə əsasən Təhsil Nazirliyi tərəfindən veriləcək”.

Qeyd edək ki, Azərbaycan prezidenti bir müddət öncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında əsasnaməyə dəyişikliklər edilməsi barədə fərman verib. Əsasnaməyə edilən dəyişikliklərə əsasən, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsini (attestasiyasını) Təhsil Nazirliyi tərəfindən deyil, TQDK həyata keçirəcək.
 




26.04.2012     Çap et  Çap et