525-ci qəzet

Türkiyəli millət vəkilindən ermənilərə “soyqırımı” dəstəyi



Türkiyədə PKK terror təşkilatının siyasi qanadı olan Barış və Demokratiya Partiyası (BDP) erməniləri sevindirməyə hazırlaşır. BDP-dən olan millət vəkilləri qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə göndərəcək. Lent.az-ın “haber 365.com” saytına istinadən verdiyi məlumata görə, BDP-çi millət vəkili Sırrı Sürəyya Öndər 24 aprelin Türkiyədə “Erməni xalqının milli yas günü” elan edilməsini təklif edirlər.


Qeyd edək ki, bir neçə gün öncə Türkiyənin hakim partiyası olan AKP-nin qurucularından biri, millət vəkili İsmət Uçma ermənilərdən üzr istəyib. İ. Uçma “Sərhədi açaraq erməniləri rahatlığa və dincliyə qovuşdurmaq lazımdır”-deyə, bildirib.
 




26.04.2012     Çap et  Çap et