525-ci qəzet

MTRŞ sədri: “Maliyyə Nazirliyi dekoderlərlə bağlı təklifimizi dəstəkləmədi”



Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli rəqəmsal yayımla bağlı son görülən işlərdən danışıb. Şura sədri Lent.az-a açıqlamasında bildirib ki, aztəminatlı ailələrin dekoderlərlə təmin olunması üçün ölkə başçısına müraciət olunub: “Biz aztəminatlı ailələrin dekoderlə təmin olunması üçün cənab prezidentə müraciət etdik. Həmin müraciət baxılması üçün Nazirlər Kabinetinə göndərilib. Burada müzakirə olunduqdan sonra bizim təklifimizə Maliyyə Nazirliyində baxılmalı idi. Amma bu məsələ çox gecikdi və mənim bildiyimə görə, müraciət cavabsız qalıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi bu təklifə müsbət yanaşsalar da, görünür, Maliyyə Nazirliyi bu təklifə qeyri-ciddi yanaşıb. Həmçinin təklifimizi qəbul etməmələrinin səbəbini də bilmədik”.

Şura sədri qeyd edib ki, bir müddət analoq yayımla rəqəmsal yayım paralel yayımlansa da, sonradan tamaşaçı mütləq dekoder və yaxud tüner almalıdır: “Köhnə televizoru olanlardan Azərbaycan kanallarına baxmağı kim istəyirsə, hökmən dekoderdən istifadə etməyə məcburdur. Hazırda Azərbaycanda 120 mindən çox aztəminatlı ailə olduğu üçün onları dekoderlərlə təmin etmək zəruridir”.
 




26.04.2012     Çap et  Çap et