525-ci qəzet

Bakıda dəhşətli qəza: sürücü yanaraq öldü


Bu gün saat 02.00 radələrində Bakı şəhərinin Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, Bakı-Astara yolunun 57-ci kilometrliyində “VAZ 21 019” markalı avtomobil “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində partlayış olub və maşın yanıb. Sürücü avtomobildən çıxa bilməyindən yanaraq ölüb.

Hadisə ilə əlaqədar ilkin araşdırmalar aparılır.
 




26.04.2012     Çap et  Çap et