525-ci qəzet

Yüz minlərlə istifadəçinin internetsiz qalacağı gün açıqlanıb



ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 9 iyul tarixindən etibarən 300 mindən çox istifadəçinin internetə çıxışdan məhrum ola biləcəyi təhlükəsi barədə xəbərdarlıq edib.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “DNS Changer” virusuna yoluxan sistemlər təhlükə altında olacaq.
Ötən ilin noyabrında FTB əməkdaşları 6 Estoniya vətəndaşını internet şəbəkəsində fırıldaqçılıqda və dünyada minlərlə kompüterin “DNS Changer” virusuna yoluxdurmaqda şübhəli bilərək həbs edib. FTB-in məlumatına görə, hakerlər bu virusdan istifadəçiləri onlar tərəfindən reklam elanlarının yerləşdirildiyi öz veb-saytlarına yönəltmək üçün istifadə ediblər. Bu resurslarda reklam informasiyasına baxış sayına görə hakerlər pul alıblar və bu minvalla 14 milyon dollara yaxın vəsaiti qeyri-qanuni mənimsəyiblər.
Haker şəbəkəsini ifşa edən FTB yoluxmuş kompüterlərin dərhal internetdən ayrılmasının qarşısını almaq və istifadəçilərə faylları viruslardan təmizləməyə vaxt vermək üçün sərəncamında olan resursları qısa müddət ərzində fəallaşdırmağa başlayıb və virusa yoluxmuş serverləri (viruslu kompüterlərin şəbəkəyə yalnız bu serverlər vasitəsilə daxil olanları) müsadirə edərək onları əvəzləyib.
İyulun 9-da FTB müvəqqəti serverləri bağlayacaq və buna görə dünyadakı internet istifadəçilərini kompüterlərdə virusun olub-olmamasını yoxlamağa çağırıb. Büro bu məqsədlə xüsusi sayt (www.dcwg.org) yaradıldığını da bildirir.




25.04.2012     Çap et  Çap et