525-ci qəzet

Bakının mərkəzində ağır qəza: 5 yaralı



Aprelin 25-nə keçən gecə Bakıda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsində “Mercedes” və “VAZ 21012” markalı minik avtomobilləri toqquşub. Nəticədə avtomobillərdə olan 5 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, hadisəyə avtomobillərdən birinin işıqforun qırmızı işığının tələbinə riayət etməməsi səbəb olub.
Faktla əlaqədar araşdırma aparılır.





25.04.2012     Çap et  Çap et