525-ci qəzet

“Bizə dedi ki, klubdan ayrılmaq istəyir”




“Qəbələ” klubu vitse-kapitanları Lyubo Baraninin mövsümün sonu komandadan ayrılmaq istəməsiylə bağlı fikirlərinə münasibət bildirib.
Klubun baş meneceri Zaur Əzizov Qol.Az-a deyib ki, serb futbolçunun son vaxtlar “Qəbələ”nin əsas heyətinə düşə bilməməsində təəccüblü bir şey yoxdur:
“Biz Baraninlə də bir neçə dəfə söhbət eləmişik. O bildirdi ki, əgər komandada ona ehtiyac olmasa, klubdan ayrılacaq. Bu gün milli komandamızın oyunçuları olan futbolçular da ehtiyatda qalırlar. Amma bu o demək deyil, onlara və Baraninə ehtiyac yoxdur. Biz hər bir futbolçumuza eyni gözlə baxırıq”.
Z.Əzizov bildirib ki, Baraninin komandadan gedib-getməməsi mövsümün sonunda müəyyənləşəcək.






14.04.2012     Çap et  Çap et