525-ci qəzet

Roman Abramoviçin çılğın planı



İngiltərənin “Çelsi” klubunun gələn mövsüm üçün transfer planı artıq hazırdır.
“Daily Mail”in verdiyi məlumata görə, klubun rusiyalı sahibi Roman Abramoviç gələn mövsüm üçün ulduzlardan ibarət bir komanda qurmaq niyyətindədir. Bunun üçün rus milyarder transferlərə 300 milyon avro ayıracağını açıqlayıb. Komandaya 1 hücumçu, 1 yarımmüdafiəçi və 2 müdafiəçi almağı planlaşdıran Abramoviçin transfer etmək istədiyi futbolçular da bəllidir. Bu futbolçular arasında Luka Modriç (“Tottenhem”), Halk (“Porto”), Radomel Falkao (“Atletiko”, Madrid), Yan Vortenqen (“Ayaks”) və Qonzalo İquainin (“Real, Madrid”) adları hallanır. “Çelsi” rəhbərliyinin mövsüm başa çatan kimi adı çəkilən futbolçularla danışıqlara başlayacağı bildirilir.







13.04.2012     Çap et  Çap et