525-ci qəzet

Ağsudakı yol qəzasında ər və arvad ölüb



Azərbaycanın Ağsu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Hadisə ötən gecə rayonun Bico kəndi ərazisində qeydə alınıb. Rayon sakini, 63 yaşlı Şərafəddin Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb. Nəticədə sürücü və maşında olan sərnişin, onun həyat yoldaşı Tubinisə Hüseynova aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər. Faktla bağlı araşdırma aparılır.





05.04.2012     Çap et  Çap et