525-ci qəzet

Minsk qrupunun fəaliyyəti ATƏT-in hesabatında



ATƏT 2011-ci ilə dair illik hesabatını açıqlayıb. APA-nın məlumatına görə, hesabatda təşkilatın son bir ildə göstərdiyi fəaliyyət öz əksini tapıb. Hesabatda ATƏT-in ofislərinin, həmçinin Minsk Qrupunun fəaliyyətinə geniş yer verilib. Hesabata əsasən, ötən il ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 23 monitorinq keçirib, Minsk Qrupunun həmsədrləri regiona 7 dəfə səfər edib, Azərbaycan və Ermənistan prezidentləri ilə müxtəlif şəhərlərdə 14 dəfə görüşüb, 4 dəfə təmas xəttini piyada qarşı tərəfə keçiblər.
Ötən il ATƏT-in Bakı Ofisinin büdcəsi 2 milyon 825 min avro təşkil edib. ATƏT-in Bakı Ofisi əvvəlki illər olduğu kimi təhlükəsizlik, idarəetmə, iqtisadiyyat və ədliyyə sahəsində islahatlara dair müxtəlif layihələr həyata keçirib.







05.04.2012     Çap et  Çap et