525-ci qəzet

“Eurovision-2012”nin Azərbaycanda tədris prosesinə heç bir təsiri olmayacaq



Bakıda keçiriləcək “Eurovision-2012” musiqi yarışması ilə əlaqədar orta məktəblərdə dərslərin vaxtını dəyişdiriləcəyi və ya vaxtından əvvəl dayandırılacağı ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Zəminə Əliqızının sözlərinə görə, “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsinin paytaxt məktəblərində dərs prosesinə heç bir təsir göstərməyəcək. Müsabiqə axşam saatlarında keçiriləcəyindən dərslərin təxirə salınmasına ehtiyac yoxdur: “Artıq 2011-2012-ci dərs ili üçün tədris planı təsdiq olunub. Həmin planda heç bir dəyişiklik yoxdur”.
S.QARAYEVA





31.03.2012     Çap et  Çap et