525-ci qəzet

ATƏT cəbhədə növbəti monitorinq keçirəcək



ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 29-da Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Veysəlli kəndinin şimal istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Praroy, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Antal Herdiç keçirəcəklər.





29.03.2012     Çap et  Çap et