525-ci qəzet

Azərbaycanda 22 min 332 nəfərin saxta diplomu var



TQDK “qara siyahı”sındakı şəxslərin sayını açıqladı.Bu gün Azərbaycanda 22332 nəfər saxta diplomlu şəxs var. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə açıqlayıb.
M.Abbaszadə bildirib ki, həmin şəxslər qeyri-qanuni yollarla ali məktəblərə qəbul olunublar: “Hazırda ölkədə 22332 nəfərin əlində saxta diplom var. Həmin insanlar TQDK-nın xətti ilə ali məktəblərə qəbul olunmayıb və biz onları qara siyahıya salmışıq”.





28.03.2012     Çap et  Çap et