525-ci qəzet

Bakıda qanlı hadisə: 22 yaşlı oğlan xəstəxanaya yerləşdirildi



Martın 19-na keçən gecə Bakıda bıçaqlanma hadisəsi baş verib. Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qara Qarayev prospekti 7 saylı binanın qarşısında naməlum şəxslərlə Lənkəran şəhər sakini, 1990-cı il təvəllüdlü Quliyev Həsənağa Səməd oğlu arasında mübahisə düşüb. Mübahisə zəminində həmin şəxslərdən biri 22 yaşlı H.Quliyeva bıçaqla bir neçə xəsarət yetirib. Yaralı yaxınlıqdakı şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə iş başlanılıb.





19.03.2012     Çap et  Çap et