525-ci qəzet

Şamaxıda yenə zəlzələ olub



Martın 18-də saat 3:51 radələrində Şamaxı rayonu ərazisində, Qobustan rayonundan 29 km cənubi-qərbdə 3,1 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, martın 12-də Şamaxıda 3,8 bal, martın 14-də isə 1 saat ərzində 3,4 bal gücündə olmaqla iki ardıcıl zəlzələ baş verib.
 




19.03.2012     Çap et  Çap et