525-ci qəzet

Abşeronda ağır qəza: 6 nəfər yaralandı



Martın 15-də Abşeron rayonu ərazisində 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, rayon ərazisində “VAZ 2107” və “VAZ 2106” markalı iki avtomobil toqquşub. Nəticədə avtomobillərdə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar Abşeron RPŞ-də araşdırmalar başlanılıb.





16.03.2012     Çap et  Çap et