525-ci qəzet

Bağışdan Ermənistana Qarabağ mesajı



“Türkiyə Ermənistanın “Eurovision” Mahnı Müsabiqəsindən deyil, Qarabağdan çıxmasını istərdi”.
Türkiyənin Avropa Birliyi üzrə naziri Egemen Bağış ölkəsini Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində təmsil edəcək müğənni Can Bonomonu qəbul edib. Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Can Bonomoya uğurlar arzulayan Egemen Bağış Ermənistanın “Eurovision” Mahnı Müsabiqəsində iştirakdan imtina etməsinə də toxunub.
Egemen Bağış deyib ki, Türkiyə Ermənistanın “Eurovision” Mahnı Müsabiqəsindən deyil, Qarabağdan çıxmasını istərdi: “Məncə, Ermənistanın bu məsələni bir daha düşünməsi lazımdır”.





16.03.2012     Çap et  Çap et