525-ci qəzet

Səbaildə saxta sənədlə 29500 dollara torpaq satılıb



Baş Prokurorluqda “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət üzrə cinayət işi başlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Lent.az-a verdiyi məlumata görə, Bakı şəhər sakini Əliyev Elçin Behbud oğlunun Badamdar qəsəbəsi ərazisində torpaq sahəsi almaq üçün Elşən Quliyev adlı şəxsə 29.500 ABŞ dolları verməsi, sonradan ona verilən sənədin saxta olmasını müəyyən etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.
Müəyyən edilib ki, Elşən Quliyev Səbail bələdiyyəsi tərəfindən Tofiq Həmidov adlı şəxsin adına heç bir sənədləşdirmə aparılmadığı halda sonuncunun adına verilmiş sərəncam və digər sənədlər əsasında Elçin Əliyevə torpaq sahəsi satması ilə əlaqədar ondan 29.500 ABŞ dolları məbləğində pul alıb. Toplanmış material üzrə dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.1-ci maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.





15.03.2012     Çap et  Çap et