525-ci qəzet

ABŞ müdafiə naziri ölümdən döndü



ABŞ müdafiə naziri Leon Panetta ölümdən dönüb.Lent.az-ın “SkyNews” telekanalına istinadən verdiyi məlumata görə, martın 14-də Leon Panetta təyyarə ilə Əfqanıstandakı NATO bazasındakı aerodroma enib.
Həmin vaxt uçuş zolağına qəfil bir avtomobil yaxınlaşmağa başlayıb və minalanmış avtomobil sürücü tərəfindən partladılıb. Leon Panetta xəsarət almayıb. Sonradan aydın olub ki, avtomobili partlayış zamanı sükan arxasında olmuş əfqan oğurlayıb. Partlayış zamanı avtomobil yansa da, sürücü sağ qalıb. O, həbs edilib, dindirilir.





15.03.2012     Çap et  Çap et