525-ci qəzet

Yaxın qohumlar dəhşətli qəzaya düşdü: 3 ölü, 2 yaralı



Martın 15-nə keçən gecə Masallı rayonunda dəhşətli yol qəzası baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Ələt-Astara yolunun 160-cı kilometrliyində “VAZ 2107” markalı, 10 KT 939 nömrə nişanlı avtomobil İran İslam Respublikasına aid olan “Volvo” markalı İR 67057 nömrəli yük maşınına çırpılıb.
Nəticədə “VAZ 2107”-nin sürücüsü 1972-ci il təvəllüdlü Xansuvarov İqbal Bəhmən oğlu, sərnişinləri, 1987-ci il təvəllüdlü Süleymanov Ramil Amil oğlu və 1963-cü il təvəllüdlü Ağayev Valeh Eynəli oğlu hadisə yerində dünyasını dəyişib.
Daha iki sərnişin, 1986-cı il təvəllüdlü Xansuvarov Elçin Qəzənfər oğlu və 1987-ci il təvəllüdlü Xansuvarov Eyvaz Qəzənfər oğlu isə ağır bədən xəsarətləri alıb. Yaralılar rayon xəstəxanasına yerləşdirilib.
Faktla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, qəzada ölən və yaralananlar yaxın qohumlardır.





15.03.2012     Çap et  Çap et