525-ci qəzet

Polis axtarışda olan 3 nəfəri saxlayıb



Bakı polisi axtarışda olan bir neçə nəfəri yaxalayıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Vəfa Abdulxalıqova tutulub.
Nərimanov RPİ 18-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rahim Əliyev yaxalanıb. Xətai RPİ və 37-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan Rüzgar Ələkbərov saxlanılıb.





12.03.2012     Çap et  Çap et