525-ci qəzet

Bakıda sərnişin avtobusu aşıb



Martın 11-də Bakıda sərnişin avtobusu aşıb.Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami rayonu ərazisində şəhər sakini Vaqif Hüseynov idarə etdiyi "Otoyol" markalı avtobusu onu aşırıb. Xəsarət almış sürücü və sərnişinləri Elvina Teyziyeva, Mənsur Məmmədov, Aynur Hacıyeva və Firuzə Cavadova xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətləri orta-ağırdır.




12.03.2012     Çap et  Çap et