525-ci qəzet

Bakıda iki azyaşlı qız bıçaqlandı



Bakıda martın 8-də iki azyaşlı qız bıçaqlanıb. APA-nın məlumatına görə, hadisə ötən gecə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri, 14 yaşlı Səma Orucova və onun rəfiqəsi, 10 yaşlı Lalə Cəfərova bıçaq xəsarəti ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətiriliblər. Azyaşlı qızların kimin tərəfindən bıçaqlanması hələlik məlum deyil.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisəni törədən şəxs artıq müəyyənləşib. Qızlara bıçaqla xəsarət yetirən şəxsin adı və hadisənin baş vermə səbəbləri hələlik açıqlanmır. Faktla bağlı araşdırma aparılır.





09.03.2012     Çap et  Çap et