525-ci qəzet

Ermənistan ordusu atəşkəsi pozub



Cəbhə xəttində atəşkəsin ermənilər tərəfdən pozulması davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri martın 8-də saat 10.40-dan 10.45-dək və 21.20-dən 21.35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 13.05-dən 13.15-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.30-dan 22.45-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.Düşmən cavab atəşi ilə susdurulub.





09.03.2012     Çap et  Çap et